Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda bir sıra görüşlər keçirib

11:36, 28.09.18
azerbaycan, iqtisadiyyat
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər keçirib (FOTO)

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey və Qrenadanın xarici işlər naziri Piter Devid ilə görüşlər keçirib.

Xeberpress.az bildirir ki, XİN-dən verilən məlumata görə, nazirlər ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bu xüsusda tərəflər iqtisadi, ticarət və humanitar əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla