Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! - Qurban Qurbanov

16:22, 20.09.18
azerbaycan, idman
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! - Qurban Qurbanov

Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”

“İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq. Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıq, düşünürəm ki, futbolçular meydanda əlindən gələni edəcək”.

Xeberpress.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın “Sportinq” klubuna qarşı səfər oyun öncəsi mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki: “On il bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdı. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün də böyük addımdır. Bu klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha da çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla