Valyuta məzənnəsi
Xəbər lentİ
 13:29  Sabahın HAVASI

DTX erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

14:44, 20.09.18
azerbaycan, siyaset
DTX erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyi götürüb.

DTX-nin bu barədə yaydığı məlumatda deyilir ki, 813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə ərazilərimizin zorən qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.

Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarsı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə etmiş, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarşı çıxmaqdan belə çəkinməmişlər. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin “qəhrəman” obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Daşnaksutyun” partiyasının, habelə İkinci Dünya müharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapmışdır.

Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab etmişdir. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilmişdir.

Hörmətli istifadəçilərdən və kütləvi informasiya vasitələri nümayəndələrindən bu sənədli arxiv materiallarından yararlanarkən hiperlinkə istinad etmələri xahiş olunur.

1) DTX arxiv: арх. дело № 65,т.1. (21-22 ,78-83,84-86)

2) DTX arxiv: арх.дело № 65, т.9, с.6-35

3) DTX arxiv: арх.дело № 65, т.12. (2-6,7-11,12-17,20-26,27-28,29-30,39-41

4) DTX arxiv: арх.дело №65, т.5, (с.395)

5) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55) - 1-ci hissə

6) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55)- 2-ci hissə

7) DTX arxiv: ПС-75 (41,47, 48,69-78,99)

8) DTX arxiv: ПС-20795, т. 21, (224-235)

9) DTX arxiv: ПФ № 853 (91-94)

10) DTX arxiv: ПФ 787 (67-70, 83-95)

11) DTX arxiv: ПФ-787 (1-34,,58-63,73-82,92-96)

12) DTX arxiv: ПФ-787-4,(6,7,13,17,18,19,21,25)

13) DTX arxiv: ПФ-787-4(20-22)

14) DTX arxiv: ПФ-861 (7-11)

15) DTX arxiv: список №1, с.3, список№2, с.3

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla