Valyuta məzənnəsi
Xəbər lentİ
 13:29  Sabahın HAVASI

Tramp ABŞ-ın tarixdə “ən böyük səhvini” açıqladı

12:42, 20.09.18
azerbaycan, dunya
Tramp ABŞ-ın tarixdə “ən böyük səhvini” açıqladı

Donald Tramp ABŞ-ın tarixdə “ən böyük səhvini” açıqlayıb

Prezident Donald Tramp Yaxın Şərqdə hərbi kampaniya başladılmasının ABŞ tarixində ən böyük səhv olduğunu deyib.

Xeberpress.az bildirir ki, AZƏRTAC bu barədə Hill.TV telekanalına istinadla xəbər verir.

“Ölkəmizin tarixində ən böyük səhv prezident Corc Buşun Yaxın Şərqə qoşun yeritməsidir”, - deyə Tramp bildirib. Onun sözlərinə görə, Barak Obama da əsgərləri oradan çıxarmaqla səhvə yol verib.

Çoxsaylı insan itkilərini xatırladan Tramp ABŞ-ın Yaxın Şərqdə hərbi kampaniyaya 7 trilyon dollar pul xərclədiyini vurğulayıb.

Pentaqonun hesablamalarına görə, 2001-ci ildən 2018-ci ilə qədər İraq, Əfqanıstan və Suriyada hərbi əməliyyatlar ABŞ-a 1,52 trilyon dollara başa gəlib. Braun Universitetinin məlumatına əsasən 2017-ci ilin sentyabrınadək ABŞ iki müharibəyə, həmçinin Pakistanda və Suriyada hərbi əməliyyatlara 5,6 trilyon dollar xərcləyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla