Valyuta məzənnəsi
Xəbər lentİ

Ancelina Coli milyarderlə nişanlandı

11:29, 20.09.18
azerbaycan, maqazin
Ancelina Coli milyarderlə nişanlandı

Ancelina Coli milyarderlə nişanlandı

İngilis mediası Hollivud ulduzu Anjelina Colinin nişanlanması ilə bağlı xəbər yayıb.

Xeberpress.az-ın Axşam.az-a istinadla məlumatına görə, həyat yoldaşı Bred Pitdən ayrıldıqdan sonra uzun müddət adı qalmaqallarda hallanan Coli həyatını tək davam etdirməmək qərarına gəlib.

Ancelina Coli britaniyalı milyarderə ərə getməyə hazırlaşır. Onlar hətta bir neçə gün əvvəl nişanlanıblar. Toyun uzanmasına səbəb isə Anjelinanın Bredlə boşanmasının hələ də rəsmiləşməməsidir. Aktrisa üç ildir davam edən boşanma prosessi başa çatdıqdan sonra toy edəcək.
Gizli mənbənin verdiyi xəbərə görə, Coli və milyarder nişanlısı təmtəraqlı toy planlaşdırır. "Hətta övladları da analarının yenidən ailə qurmasına razıdırlar. Onlar Coliyə görə sevinirlər. Coli arzuladığı insanı tapdığına əmindir. O bilir ki, həmin şəxs onun övladlarına da yaxşı ata olacaq" deyə, cütlüyə yaxın olan mənbə bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla