Valyuta məzənnəsi
Xəbər lentİ

Hakerlər "WhatsApp"messencerindəki şəxsi məlumatları ələ keçirə biləcəklər

09:34, 12.09.18
azerbaycan, texnologiya
Hakerlər "WhatsApp"messencerindəki şəxsi məlumatları ələ keçirə biləcəklər

"WhatsApp"da ediləcək son dəyişikliklər şoka salacaq

Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər "WhatsApp" messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.

Xeberpress.az Axşam.az-a istinadla xəbər ki, "WhatsApp"ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.

"WhatsApp"ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər "Google" və "WhatsApp" arasında imzalanmış sazişin bir hissəsidir.

Məsələ ondadır ki, "Google Drive"in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, "Google Drive" xidmətinə müdaxilə zamanı "WhatsApp" messencerinin şəxsi məlumatları ələ keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla