Valyuta məzənnəsi

Müəllimlər üçün özəl gün

08:48, 05.10.16
azerbaycan, cemiyyet
Müəllimlər üçün özəl gün

Bu gün Beynəlxalq Müəllimlər Günüdür.

Xeberpress.az xəbər verir ki, 5 oktyabr 1966-cı ildə “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.

1993-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.

Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla