Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda kirayə mənzil problemi yaranıb

09:19, 10.09.18
azerbaycan, cemiyyet
Bakıda kirayə mənzil problemi yaranıb

Bakıda kirayə mənzil problemi yaranıb

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.

Xeberpress.az xəzərxəbər-ə istinadən bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini deyirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.

Mənzil axtaranlar kirayə ev tutarkən, əsasən, metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da, ümumiyyətlə, tapmaq mümkün deyil.

Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla