Valyuta məzənnəsi

Yeni şəxsiyyət vəsiqəsində hər əldən bir barmaq izi götürüləcək

10:15, 31.08.18
azerbaycan, cemiyyet
Yeni şəxsiyyət vəsiqəsində hər əldən bir barmaq izi götürüləcək

Yeni şəxsiyyət vəsiqəsində hər əldən bir barmaq izi götürüləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə 2.9-cu bəndə edilən dəyişikliyə əsasən, vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşınfotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) daxil edəcək.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçiriləcək.

Vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi) şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək.

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.

Dəyişikliklərə əsasən, fərman 2019-cu il yanvarın 1-dən deyil, 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı hazırlıq işləri artıq başa çatıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla