Valyuta məzənnəsi
Xəbər lentİ

“Facebook” Myanmanın 18 hərbi rəhbərinin qeydiyyat hesabını bağlayıb

16:30, 27.08.18
azerbaycan, dunya
“Facebook” Myanmanın 18 hərbi rəhbərinin qeydiyyat hesabını bağlayıb

“Facebook” sosial şəbəkəsi BMT-nin Myanmada insan haqlarının pozulması faktlarını toplayan missiyasının rohinca müsəlman xalqına qarşı soyqırımı cinayəti törədilməsini təsdiqlədikdən sonra bu ölkənin hərbi rəhbərlərinə aid 18 qeydiyyat hesabını və 52 səhifəni bağlayıb.

Xeberpress.az bildirir ki, AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sosial şəbəkə, həmçinin hərbi qüvvələrin ali baş komandanı böyük general Min Aunq Hlayn da qara siyahıya daxil edib.

Kompaniyanın bəyanatında hərbi rəhbərliyin qadağa altına düşən nümayəndələrinin BMT missiyasının əməkdaşlarının məruzəsinə daxil edildiyi də vurğulanıb.

Qeyd edək ki, bu gün BMT-nin insan haqları üzrə Ali komissarının idarəsi Rakhayn ştatında soyqırımı, həmçinin Rakhayn, Kaçin və Şan ştatlarında insanlıq əleyhinə və hərbi cinayətlərlə bağlı Myanma ordusunun ali hərbçiləri, o cümlədən general Hlayn barədə təhqiqat aparılaraq cinayət işlərinin açılmalı olduğunu bəyan edib.

İdarənin əməkdaşları beynəlxalq hüququ ciddi pozan şəxslərə qarşı səyahətlərə qadağa qoyulması və aktivlərin dondurulması da daxil olmaqla, fərdi sanksiyaların tətbiq edilməsi üçün BMT Təhlükəsizlik Şurasına tövsiyə ünvanlayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla