Valyuta məzənnəsi
Xəbər lentİ

Səfər Mehdiyev Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

12:33, 27.08.18
azerbaycan, bolge
Səfər Mehdiyev Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev avqustun 31-də saat 11:00-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Xeberpress.az bildirir ki, Komitənin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) və Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla