Valyuta məzənnəsi
Xəbər lentİ

Rəşid İsmayılov "Nokia"nın Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq

10:48, 21.08.18
azerbaycan, texnologiya
Rəşid İsmayılov "Nokia"nın Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov "Nokia" korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.

Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən "Ericsson", "Nokia", "Huawei Technologies" kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla