Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyə ticarət naziri Trampın yeni sanksiya təhdidlərinə cavab verib

15:16, 17.08.18
azerbaycan, dunya
Türkiyə ticarət naziri Trampın yeni sanksiya təhdidlərinə cavab verib

Vaşinqtonun yeni sanksiyaları ilə bağlı Ankaranın CAVABI GECİKMƏDİ

Türkiyə ticarət naziri Ruhsar Pekcan ABŞ prezidenti Donald Trampın yeni sanksiya təhdidlərinə cavab verib.

Xeberpress.az oxu.az-a istinadən bildirir ki, o, bütün sanksiyalara eyni şəkildə cavab veriləcəyini bildirib.

"ABŞ-ın siyasi mövzularla iqtisadi mövzuları bir-birinı qarşıdırdığının şahidi oluruq. Bu, sadəcə, ABŞ iqtisadiyyatını deyil, bütün dünyanı təsiri altına almaqdadır.

Türkiyə olaraq ABŞ-ın gördüyü tədbirlərə beynəlxalq ticarət hüququndan gələn haqlarımız və Dünya Ticarət Təşkilatının qaydaları ilə cavab verdik və verməyə davam edəcəyik.

İstehsalçı və idxalatçılarımızın haqlı mübarizələrində yanında olacağıq. Ümid edirik ki, ABŞ-lı dostlarımız da bu həqiqəti qısa zamanda görəcək, beynəlxalq iqtisadiyyatı və yatırım mühiti baxımından uyğun addımlar atacaqlar. Həmişə olduğu kimi, dialoq və əməkdaşlığa hazırıq", - nazir vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla