Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Bu yollarda təmir gedir

10:39, 17.08.18
azerbaycan, cemiyyet
Bu yollarda təmir gedir

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-80 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Xeberpress.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Şamaxı avtomobil yolunun 50-120 km hissəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla