Valyuta məzənnəsi
Xəbər lentİ

Həmyerlimiz Avropa Mini-futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

17:06, 16.08.18
azerbaycan, idman
Həmyerlimiz Avropa Mini-futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

Həmyerlimiz Avropa Mini-futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

Avqustun 16-da Kiyevdə Avropa Mini-futbol Federasiyasının Baş Assambleyasının (DFF) iclası keçirilib.

Xeberpress.az bildirir ki, Azərbaycan Mini-futbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bir sıra qərarlar qəbul olunub və təşkilati məsələlərə baxılıb. Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Mini-futbol Federasiyasının prezidenti Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.

Azərbaycanın futbol tarixində ilk dəfə olaraq belə yüksək vəzifəyə seçilən həmyerlimiz beynəlxalq futbol oyunlarının təşkilində böyük təcrübəyə malikdır. E.Əsədov bundan əvvəl Dünya Mini-futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların təşkili komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, DFF-in İcraiyyə Komitəsinin üzvlüyünə Elxan Əsədovla yanaşı, ABŞ-dan Kevin Milliken və Bolqarıstandan Borislav Aleksandrov da seçiliblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla