Valyuta məzənnəsi
Xəbər lentİ

WhatsApp-da daha bir YENİLİK

09:54, 16.08.18
azerbaycan, texnologiya
WhatsApp-da daha bir YENİLİK

"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.

Xeberpress.az ICTnews-a istinadən bildirir ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.

"End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.

Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla