Valyuta məzənnəsi

Futbolçularımız son ana qədər mübarizə apardılar - Qurban Qurbanov

09:55, 15.08.18
azerbaycan, idman
Futbolçularımız son ana qədər mübarizə apardılar - Qurban Qurbanov

BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdi. Futbolçularımızın oyunundan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlər barədə heç vaxt danışmıram. Artıq bu oyunu unudub, UEFA Avropa Liqasının play-off mərhələsi haqda fikirləşməliyik.
Bu sözləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Belarusun BATE klubu ilə 1:1 hesablı heç-heçə edərək bu turnirdə mübarizəni dayandıran Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi “Qarabağ”ın buraxdığı hər iki qolun müdafiədən çıxış zamanı vurulmasına dair suala cavabında deyib: “Deyiləcək söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn BATE komandası UEFA Çempionlar Liqasının play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” klubu ilə qarşılaşacaq. “Qarabağ” isə UEFA Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda “Şerif” 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla