Valyuta məzənnəsi

“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” bu dəfə Milli Qəhrəman Çingiz Qurbanova həsr ediləcək

16:55, 14.08.18
azerbaycan, cemiyyet
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” bu dəfə Milli Qəhrəman Çingiz Qurbanova həsr ediləcək

Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin” Layihəsi “Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili”
Bakı şəhəri, Ramana qəsəbəsi 17 avqust 2018-ci il “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi” olaraq, Qarabağ savaşında torpaqlarımız uğrunda canlarından keçən Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın keçdikləri rəşadətli həyat yollarını, döyüşdə göstərdikləri qəhrəmanlıqları, onların anılmasını, qəbirlərini ziyarət etməyi ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq söhbətlər aparır, onların ailələri ilə əlaqə saxlayır, anım günlərində qəbir üstünə çıxır və tədbirlər təşkil edirik. 17 avqust 2018-ci il saat 14:00-da Ramana qəsəbəsində Əlillərin reabilitasiya mərkəzində “Milli Qəhrəmanlar haqqında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi” “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı üçüncü tədbir keçirir.

Xeberpress.az bildirir ki, bu barədə birliyin sədri İlham Məhhərəmov məlumat verib. Onun sözlərinə görə, bu dəfəki tədbir Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanova həsr edilib. Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib. Fevralın 6-da Ç.Qurbanovla vida mərasimi keçirilib, Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınıb. 2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər
Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verib.

Tədbirdə Çingiz Salmanova həsr edilmiş film nümayiş ediləcək və müğənni Cəmilə Zalovanın mahnısı səsləndiriləcək. Şəhidin atası Salman müəllim, anası Nailə xanım, qardaşı və yaxın qohumları da iştirak edəcək. Hər zaman KİV-lərlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq etməyə açıq olduğumuz üçün sizi də ayrıca dəvət edirik.

Arabaçı Əlillər Şəbəkəsi İB –Sədri Qarabag Qazisi İlham Məhərrəmov

Tel-050-313 06 59 e-mail: arabacitv@gmail.com:

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla