Valyuta məzənnəsi

35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib - DİM

10:44, 09.08.18
azerbaycan, cemiyyet
35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib - DİM

Ali məktəblərə ixtisas seçimi davam edir.

Xeberpress.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla