Valyuta məzənnəsi
Xəbər lentİ

Xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında qalmaqal yaşanıb

11:37, 03.08.18
azerbaycan, hadise
Xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında qalmaqal yaşanıb

Xalq artisti tədbirdə əlbəyaxa davaya çıxdı

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.

Xeberpress.az yenicag.az-a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.

Əldə edilən məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla