Valyuta məzənnəsi
Xəbər lentİ

Həsənağa Sadıqovun oğlu atasının vəfat etdiyini təsdiqləyib

11:33, 02.08.18
azerbaycan, hadise
Həsənağa Sadıqovun oğlu atasının vəfat etdiyini təsdiqləyib

“Atam komada idi. Bir saata yaxın olar ki, dünyasını dəyişib”.

Xeberpress.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov deyib.

O, atasının vəfat etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Həsənağa Sadıqovun ölüm xəbəri çıxsa da, sonradan oğlu və yaxınları sənətçinin ölmədiyini, can üstə olduğunu bildirmişdi.

Xatırladaq ki, 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

Allah rəhmət etsin.



***


Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun dəfn olunacağı tarix və yer açıqlanıb.

Bu barədə aparıcı Hacı Nuran İnstaqram hesabında yazıb. Belə ki, Həsənağa Sadıqov bu gün saat 12:00-da doğulduğu Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, 67 yaşlı əməkdar artist bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla