Valyuta məzənnəsi
Xəbər lentİ

Xəyyam Mirzəzadə dünyasını dəyişib

10:22, 31.07.18
azerbaycan, hadise
Xəyyam Mirzəzadə dünyasını dəyişib

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla