Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Abituriyent ixtisas seçimini özü etməlidir, kiməsə həvalə etməməlidir

12:22, 30.07.18
azerbaycan, cemiyyet
Abituriyent ixtisas seçimini özü etməlidir, kiməsə həvalə etməməlidir

Çox təəssüflər olsun ki, ali məktəbə ixtisas seçimi zamanı abituriyentlər və onların valideynləri kimlərəsə müraciət edirlər.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, DİM öz işini tam şəffaf şəkildə aparır, sualların cavablarını ictimai ekspertizaya verir: “Lakin təəssüflər olsun ki, abituriyentlər və valideynlər DİM-in materiallarından istifadə etmir, öz uşaqlarının taleyini kiməsə həvalə edir və nəticədə abituriyent istəmədiyi ixtisasa, istəmədiyi yerə qəbul olunur. İxtisas seçimini ancaq özü etməlidir, kiməsə həvalə etməməlidir. Burada tələsmək lazım deyil. Abituriyent öz topladığı balı, seçdiyi ixtisas üzrə keçid balını müqayisə edib düzgün seçim etməlidir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla