Valyuta məzənnəsi

"Qarabağ"Azərbaycan klublarının 37-ci ağır məğlubiyyətini rəsmiləşdirib

10:36, 30.09.16
azerbaycan, idman
"Qarabağ"Azərbaycan klublarının 37-ci ağır məğlubiyyətini rəsmiləşdirib

Avropa Liqasının qrup mərhələsinin II turunda "Fiorentina"ya 1:5 hesabı ilə uduzan "Qarabağ" Azərbaycan klublarının 37-ci ağır məğlubiyyətini rəsmiləşdirib.

Xeberpress.az apasport.az-a istinadən xəbər verir ki, qitə kuboklarında 1994-cü ildə debüt edən klublarımız bunadək 36 darmadağına üzülmüşdü.

13 müxtəlif komandamız azarkeşlərinə acınacaqlı üzüntü yaşadıb. "Qarabağ" antirekordçudu - 10 böyükhesablı məğlubiyyət. 6 dəfə uduzan "Neftçi" isə 2-cidi. "Kəpəz" isə 4 dəfə darmadağın yaşayıb.

Sonuncu böyükhesablı yenilgi 294 gün öncə yaşanıb. Ötən mövsüm qrupda "Qəbələ" "Krasnodar"a 0:3 hesabı ilə uduzub. Bu matç 2015-ci il dekabrın 10-da qeydə alınıb.

4 və ya daha çox top fərqi ilə son yenilgi ötən il noyabrın 5-də yaşanıb. 329 gün əvvəl "Qəbələ" Dortmundda "Borussiya"dan 4 cavabsız qol buraxıb.

Ən azı 5 top buraxdığımız son qarşılaşma isə 868 gün əvvəl qeydə alınmışdı. 2014-cü il iyulun 10-da "Makkabi" (Hayfa) "Xəzər Lənkəran"a 8 cavabsız qol vurmuşdu.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla