Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

"Fatiməyə bu ləqəbi mən qoymuşam"- Şou-biznesdə yeni qalmaqal

16:56, 25.07.18
azerbaycan, maqazin
"Fatiməyə bu ləqəbi mən qoymuşam"- Şou-biznesdə yeni qalmaqal

"Fatiməyə bu ləqəbi mən qoymuşam

Son günlər başı qalmaqaldan açılmayan Fatimə Fətəliyeva bu dəfə müğənni Elariz Məmmədoğlu ilə qalmaqal yaşayıb.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, Elariz “ATV maqazin onlarla”da bildirib ki, "Göyçək Fatimə" ləqəbini ona ilk dəfə özü qoyub:

“Plovu toyda gətirəndə deyridim ki, "İndi isə plovu Göyçək Fatimə gətirir". İllərlə dedim-dedim, indi adı elə qalıb. Baxıram efirdə deyir ki, bu ləqəbi mənə gözəl sənətkarımız Habil Əliyev verib. İkinci dəfə isə başqa verilişdə qayıtdı ki, ləqəbi mənə Nadir Qafarzadə deyib. İddia edirəm ki, ilk dəfə Göyçək Fatiməni mən demişəm. Tələb etmişəm ki, belə olsun. Heç özü əvvəlcə razılaşmırdı, sonra yola gəldi. Bir dəfə özündən soruşdum ki, axı mən sənə demişəm, niyə başqalarının adını çəkirsən. Cavab verdi ki, onların ad günü idi, efirdə elə dedim. Güldüm ki, mənim ad günümdə də deyəcəksən, mən qoydum adı?”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla