Valyuta məzənnəsi
Xəbər lentİ

Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

09:25, 12.07.18
azerbaycan, siyaset
Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

Moqerini Dağlıq Qarabağ münaqişəsinə dair ilkin şərtlər olmadan danışıqlara çağırıb

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində bütün tərəfləri Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etməyə çağırıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerininin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra bildirib.

F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib: "Bu kontekstdə vacibdir ki, tərəflər Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etsin".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla