Valyuta məzənnəsi
Xəbər lentİ

"Qızlarım Silahlı Qüvvələrdə xidmət etmək istəsələr, mane olmayacağam"

10:43, 29.09.16
azerbaycan, dunya
"Qızlarım Silahlı Qüvvələrdə xidmət etmək istəsələr, mane olmayacağam"

"Qızlarım Saşa və Maliya ölkənin Silahlı Qüvvələrində xidmət etmək istəsələr, buna mane olmayacağam".

ABŞ prezidenti Barak Obama Quru Qoşunlarının Fort-Lidə (Virciniya ştatı) yerləşən bazasında hərbçilərlə və onların doğmaları ilə görüşündə belə deyib.

Xeberpress.az CNN-ə istinadən bildirir ki, Obama deyib: "Qızlarım hərbçi olmaq fikrinə düşsələr, onlara "Haydı, başlayın!" deyəcəyəm. Təbii, onların mümkün xidmət yerləri ilə bağlı narahatlıq keçirməyəcəyimi desəm, yalan olar. Uşaqlarımızdır və imkan olsaydı, onları həyatları boyu pijamalarda qalmalarını istərdim".

Birləşmiş Ştatların prezidenti daha çox amerikalının orduda xidmət etmələrini istəyib: "Bu sözlərim gəlir səviyyəsi yüksək olanlara xüsusilə aiddir".

Barak və Mişel Obama 1992-ci ildə evləniblər. Onların 18 yaşlı Maliya və 15 yaşlı Saşa adlı qızları var. Bu il kollecdə təhsili başa vurmuş Maliya Harvard Universitetinə daxil olub. Lakin o, "gap year" ("azad il") məzuniyyəti götürdüyündən Harvardda gələn il oxumağa başlayacaq

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla