Valyuta məzənnəsi
Xəbər lentİ

Xırdalanda top mərmisi aşkarlanıb

10:15, 05.07.18
azerbaycan, hadise
Xırdalanda top mərmisi aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Xeberpress.az bildirir ki, ANAMA-dan bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin prospektdə məişət tullantıları ərazisinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 115 millimetrlik top mərmisi (boş) aşkar olunaraq götürülüb və mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla