Valyuta məzənnəsi
Xəbər lentİ

Xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir - Elman Nəsirov

16:18, 04.07.18
azerbaycan, siyaset
Xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir - Elman Nəsirov

BU GÜNLƏR GƏLİN, DAHA DA BİR OlAĞIN!

Xeberpress.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov öz şəxsi Facebook səhifəsində bildirmişdir.

Millət vəkili qeyd etmişdir:

"Əziz dostlar, son günlər əhalinin elektrik enerjisi və su ilə təminatında, habelə bundan qaynaqlanaraq bir sıra digər
komunal sferalarda yaranmış problemlər artıq öz həllini tapmaqdadır. Ajiotaj üçün heç bir əsas yoxdur. Həllini gözləyən bütün məsələlər cənab Prezidentin tam nəzarətindədir. Bununla bağlı xüsusi Dövlət Komissiyası da yaradılıbdır. Yaranmış problemlərin səbəb və motivləri araşdırılır və bundan irəli gələn təxirəsalınmaz tədbirlər görülməkdədir. Heç şübhəsiz, günahkarlar cəzalandırılacaqdır. Bu həqiqəti bir aksiom kimi qəbul etmək lazımdır. Mənə bu sətirləri yazmağa vadar edən başqa bir məsələyə mövqe bildirmək istəyirəm. Bəzi radikal ünsürlər baş vermiş bu komunal problemlərə siyasi don geydirmək istəyir, rəngləri tündləşdirir, özləri üçün dividentlər əldə etməyə çalışırlar. Hətta bəziləri bir qədər də irəli gedib Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd ilə də manipulyasiya etməyə cəhd göstərirlər. Əvvəla, onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, belə antimilli ünsürlərin Azərbaycanı xaosda görməklə bağlı arzuları həmişə olduğu kimi, yenə də gözlərində qalacaq. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət vardır. Vətəndaş həmrəyliyi mövcuddur. Xalq hakimiyyət birliyi sarsılmazdır. Xalq öz Prezidentinin arxasındadır. Prezident də yalnız öz xalqına güvənir və onun mənafeyindən çıxış edir. Sabitliyimizin əsasında duran əsas amil də məhz bununla bağlıdır. Özü-özlüyündə ciddi narahatlıq doğuran son komunal problemlər belə, məlum həqiqəti bir daha təsdiqlədi ki, xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir.
Elmar Vəliyevi hədəf seçənlər isə unutmasınlar ki, onlar tarixdə qara ləkə olaraq qalacaqalar. Layiqlı cəzalarını alacaqlar. İctimai qinaq obyekti olacaqlar. Gəncəni inkişafdan yayındıra bilməyəcəklər. O inkişafdan ki, onun təminatında Elmar Vəliyevin müstəsna xidmətlərinin olduğu danılmaz həqiqətdir. Elmar müəllimə can sağlığı diləyir və yenidən sevərək xidmət göstərdiyi işinin başında olmağı arzulayıram."

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla