Valyuta məzənnəsi
Xəbər lentİ

Aramsız yağan güclü yağışlar Bakıda fəsadlara yol açıb

09:10, 29.09.16
azerbaycan, cemiyyet
Aramsız yağan güclü yağışlar Bakıda fəsadlara yol açıb

Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən 28 sentyabr 2016-cı il tarixində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Xeberpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, hazırki vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyyə olunmuşdur.

00:03

28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla