Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Milli Məclisin sədri Böyük Çin səddini ziyarət edib

10:10, 22.06.18
azerbaycan, siyaset
Milli Məclisin sədri Böyük Çin səddini ziyarət edib

Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.

Xeberpress.az bildirir ki, Məclis aparatından verilən məlumata görə, iyunun 21-də nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyarət edib. Bildirilib ki, insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələrdən olan Çin səddinin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib. Çinin şərqindən qərbinə doğru uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.

UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qürur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla