Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox da uzaqda olmayacaq - Lavrov

17:37, 21.06.18
azerbaycan, siyaset
Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox da uzaqda olmayacaq - Lavrov

Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri konsensusa gəlsə, münaqişənin həlli uzaqda olmayacaq"

“BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub”.

Xeberpress.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quttyerreşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S. Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib: “Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla