Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Hərbi paradla bağlı bu marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

11:22, 21.06.18
azerbaycan, cemiyyet
Hərbi paradla bağlı bu marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

Paradla əlaqədar 14 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

"26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə xalqımızı və qüdrətli Ordumuzun bütün şəxsi heyətini Bakı Nəqliyyat Agentliyinin kollektivi adından təbrik edir, güclü dövlətin güclü ordusu olaraq düşmən üzərində daha parlaq və qətiyyətli qələbələr arzu edirik", - deyə məlumatda vurğulanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla