Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin etdiyi ilk səfiri qəbul edib

16:46, 06.06.18
azerbaycan, siyaset
Elmar Məmmədyarov Perunun Azərbaycana təyin etdiyi ilk səfiri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycan Respublikasına təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

Xeberpress.az bildirir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E. Məmmədyarov M. Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla