Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Nazir MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

14:18, 06.06.18
azerbaycan, siyaset
Nazir MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

İyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

X X X

13:05

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla