Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanda böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1400-ə yaxın insan var

12:56, 05.06.18
azerbaycan, cemiyyet
Azərbaycanda böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1400-ə yaxın insan var

Azərbaycanda orqan transplantasiyası ilə bağlı xeyli sayda müraciətlər var.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da transplantasiya sahəsində çətinliklər mövcuddur:

“Araşdırmalar nəticəsində müəyyən olundu ki, bu səbəblərin bir qismi də qanunvericiliklə bağlıdır. Ona görə də bununla əlaqədar Milli Məclisdə işçi qrupu yaradıldı və uzun müddət çalışdı. Bu gün biz bu dəyişikliklərin birinci variantını müzakirə edirik. Yəni bu, son variant deyil və bundan sonra da qanuna əlavə və dəyişikliklər edilə bilər”.

Komitə sədri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 300 min orqan və toxuma, eləcə də hər bir milyon nəfərə 75 böyrək, 60 qaraciyər transplantasiya olunur:

“Bizim ölkədə təqribən 10 milyon əhalinin olduğunu nəzərə alsaq, böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1400-ə yaxın insan var”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla