Valyuta məzənnəsi

"Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib"

12:39, 27.09.16
azerbaycan, iqtisadiyyat
"Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib"

280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihələr "Hava-yer", "Hava-hava", "Yer-yer" raketlər ilə bağlıdır: "Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir".

Y.Camalov əlavə edib ki, hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir: "Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla