Valyuta məzənnəsi
Xəbər lentİ

Binəqədidə baş verən yanğınla əlaqədar FHN-in məlumatı - YENİLƏNİB

08:45, 04.06.18
azerbaycan, hadise
Binəqədidə baş verən yanğınla əlaqədar FHN-in məlumatı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda deyilir:

"Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanıb. Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb".

X X X

21:09

Bakının Binəqədi rayonunda baş verən yanğın söndürülüb.

Xeberpress.az bildirir ki, FHN-dən verilən məlumata əsasən, Ağac Emalı Zavodunun ərazisində baş verən (hazırda fəaliyyət göstərmir) yanğın söndürülüb. İlkin məlumata görə, təxminən 500 m² ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla