Valyuta məzənnəsi
Xəbər lentİ

Rüstəm Cəbrayılov idarə rəisinin müşaviri oldu

14:32, 31.05.18
azerbaycan, video
Rüstəm Cəbrayılov idarə rəisinin müşaviri oldu

Model Rüstəm Cəbrayılov yeni işə başlayıb.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, o, sığorta şirkətlərindən birində idarə rəisinin müşaviri vəzifəsində çalışacaq.

Bu haqda Rüstəm özü xəbər verib. O bildirib ki, hansısa şirkətdə çalışmaq onun modellik fəaliyyətinə təsir etməyəcək:
“Sadəcə vaxtımın boş keçməsini istəmədim. Ona görə də təklifi qəbul etdim”.

Qeyd edək ki, Rüstəm uzun illər Nyu-Yorkda yaşayıb. Bir neçə il əvvəl Bakıya qayıdan model fəaliyyətini burada davam etdirib. R.Cəbrayılov 2015-ci ildə həyat yoldaşından boşandığını deyib. O, əcnəbi xanımla ailəli olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla