Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB

16:23, 29.05.18
azerbaycan, siyaset
Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.

Dövlətimizin başçısı Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirakına görə minnətdarlığını bildirdi.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd etdi və bu tədbirə dəvətə görə minnətdarlığını bildirdi. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı.

Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində ölkəmizin təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd etdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla