Valyuta məzənnəsi

Azərbaycan xalqı, bir ayağı gorda olan Arustamı bu xəyanətinə görə, lənətlə yad edəcək - Ramiz Göyüşov

12:12, 29.05.18
azerbaycan, siyaset
Azərbaycan xalqı, bir ayağı gorda olan Arustamı bu xəyanətinə görə, lənətlə yad edəcək - Ramiz Göyüşov

Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov “Qafqaz üçlüyü” filmini çəkməklə əslində öz xalqına qarşı xəyanət yolu tutaraq özlərinin daxili aləmində Azərbaycan xalqına olan qəzəb və nifrətlərini, erməni xalqına qarşı isə sevgi və məhəbbətlərini nümayiş etdirmişlər. Təxminən avtobioqrafik xarakter daşıyan filmdə İbrahimbəyovlar film yaratmaqdan öncə daha çox qisasçılıq haqqında düşünmüşlər.

Fikrimcə, filmdəki Timur obrazı elə Rustam İbrahimbəyovun - Arustam İbrahimbekyanın obrazıdır, onun prototipidir və əminəm ki, elə Arustamın da əsil atası Məmmədibrahim yox, Hambarsumdur. Əks təqdirdə, damarlarından Azərbaycanlı qanı axan istənilən bir şəxs belə bir film və ya ssenari yarada bilməzdi. Əgər filmin yaradıcıları iştirakçıları olan Fuad və Fatimə Azərbaycanlı olsa idi, heç olmasa onlar belə film çəkməyə imkan verməzdilər. Ona görə də hesab edirəm ki, Azərbaycanlı cildinə girərək, Azərbaycan dövləti hesabına özünə sərvət toplayan, fəxri adlarla, orden və medallarla təltif edilən, erməni mənşəli Arustam İbrahimbekyan bütün titullardan məhrum edilməklə yanaşı, həm də Azərbaycan vətəndaşlığından rədd edilməlidir. Qoy getsin nə qələt edir etsin. Onun indiyə qədər Azərbaycan xalqına, dövlətinə elədiyi xəyanətləri bəs edər. Bu naqis məxluq 10 ildən çoxdur ki, Azərbaycana xalqına qarşı həqarətlər yağdırmaqda davam edir. Biz isə susuruq. Təəssüf edirəm ki, bir zamanlar görkəmli Azərbaycan ziyalısı, akademik Nizami Cəfərov Rüstəm İbrahimbəyovun sayıqlamalarına qarşı öz haqq səsini qaldıranda bir çox görkəmli Azərbaycan ziyalıları nəinki R.İbrahimbəyovu müdafiəyə qalxdılar, hətta Nizami Cəfərova qarşı tənqid və bəzi hallarda təhqir yağdırmaqdan belə çəkinmədilər. Bu da nəticəsi! İndi görəsən həmin ziyalılar filmə baxdıqdan sonra öz hərəkətlərindən xəcalət çəkdilərmi? Və ya onlar Rüstam İbrahimbəyov barədə yenədəmi öz fikirlərində qalırlar? Əgər belə deyilsə niyə onda digər ziyalılar kimi onlar da öz münasibətlərini bildirmirlər. Niyə ağızlarına su doldurublar?

Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Arustam İbragimbekyanın bu filmi bizi bir daha ayıltdı. Sübut etdi ki, “Milli Şura” adlanan, əslində “Anti Milli Şura” ermənilərlə iş birliyi qurub. Bunu iş birliyi yox, birgə fəaliyyət adlandırsaq daha düzgün olardı.
Əgər belə deyilsə bir vaxtlar onu “Milli Şuraya” sədr seçən, Prezidentliyə namizədliyini irəli sürən Cəmil Həsənli də, Gültəkin Hacıbəyli də, onlara züy tutan Əli Kərimli də Arustam İbragimbekyanın bu xəyanətinə münasibətlərini bildirsinlər.

Bütün bunlara rəğmən bir Azərbaycan vətəndaşı kimi bütün antimilli “qüvvələrə” səslənirəm: Azərbaycan xalqı, Azərbaycan Dövləti, onun Dövlət başçısı öz işindədir , Arustamın milçək vızıltısı və ona dəstək verənlər heç nəyi dəyişə bilməz. Nə qədər ikili standartlar olsa da, dünya ictimaiyyəti həqiqəti dana bilməz. Əminəm ki, bu xəyanətinə görə Azərbaycan xalqı, ömrünün qurub çağını yaşayan, bir ayağı gorda olan Arustamı zaman-zaman lənətlə yad edəcəkdir.

Ramiz Göyüşov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla