Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib

14:24, 23.05.18
azerbaycan, cemiyyet
Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xeberpress.az xəbər verir ki, Departamentdən verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla