Valyuta məzənnəsi

Azərbaycanda Milli Səhiyyə Forumu keçiriləcək

16:26, 21.05.18
azerbaycan, cemiyyet
Azərbaycanda Milli Səhiyyə Forumu keçiriləcək

İyunun 16-da PROAKTİV şirkətinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə ölkədə ilk Milli Səhiyyə Forumu təşkil olunacaq.

Xeberpress.az-ın APA-ya istinadən xəbərinə görə, PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, forum Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr olunub.

Məqsəd dövlət və özəl sektorda tibb sahəsində çalışan həkimləri, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki son innovativ yeniliklərin müzakirə olunması üçün yeni platforma yaratmaqdır. Forumda çıxış edəcək spikerlər və mövzular barədə yaxın günlərdə açıqlama veriləcək.

Qeyd edək ki, PROAKTİV şirkəti biznes qurumlara və dövlət müəssisələrinə müxtəlif PR xidmətləri göstərir, o cümlədən KSM (Korporativ Sosial Məsuliyyət) layihələrin, yerli və beynəlxalq sərgi, konfrans, təntənəli açılış mərasimləri, hər növ korporativ tədbirlərin təşkili ilə məşğul olur.

Azərbaycanda Milli Səhiyyə Forumu keçiriləcək

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla