Valyuta məzənnəsi
Xəbər lentİ

Diasporla İş üzrə Dövlət Komitəsinə YENİ TƏYİNAT

13:06, 17.05.18
azerbaycan, cemiyyet
Diasporla İş üzrə Dövlət Komitəsinə YENİ TƏYİNAT

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Xeberpress.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır.

Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla