Valyuta məzənnəsi
Xəbər lentİ

Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ

11:33, 17.05.18
azerbaycan, cemiyyet
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Xeberpress.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla