Valyuta məzənnəsi
Xəbər lentİ

Ərdoğan Putinlə Fələstindəki son hadisələri müzakirə edib

09:29, 17.05.18
azerbaycan, dunya
Ərdoğan Putinlə Fələstindəki son hadisələri müzakirə edib

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xeberpress.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

“Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər”, məlumatda deyilir.

Söhbət zamanı həmçinin Suriyadakı vəziyyət və iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə Fələstindəki vəziyyəti müzakirə edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla