Valyuta məzənnəsi

Moskvada dəhşətli yangın hadisəsi

09:56, 23.09.16
azerbaycan, hadise
Moskvada dəhşətli yangın hadisəsi

Moskvadakı Amur küçəsində yerləşən anbardakı yanğının söndürülməsi zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin 8 əməkdaşı həlak olub, 3 nəfər itkin düşüb.

Yanğın plastik məmulatlar anbarında başlanmışdı.

Xeberpress.az Rusiya FHN-in saytına istinadən bildirir ki, 8 yanğınsöndürənin cəsədləri aşkarlanıb. Onların diri-diri yanmalarına səbəb intensiv alovlar, yüksək temperatur və sıx tüstü olub.

Yanğınsöndürənlər anbarda hər an partlaya biləcək qaz balonlarının və kompressorların soyudulması üçün dama çıxaraq oradan brandspoytlarla su şırnaqlarından "divar" yaratmağa çalışırdılar. Bir qədər əvvəl isə yanğınsöndürənlər anbardan 100 nəfəri təxliyyə etmişdilər. Yanğın zamanı 1500 kvadratmetr sahədə dam uçub və yanğınsöndürənlər uçqun altında qalıblar.

Amur küçəsi, bina 1, korpus 9 ünvanda yerləşən plastik məmulatlar anbarında yanğın dünən yerli vaxtla 17 radələrində başlayıb.

4 min 500 kvadratmetr sahə alovlanıb və yanğına 4-cü səviyyə verilib. Yanğın bu səhər yerli vaxtla 6 radələrində söndürülüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla