Valyuta məzənnəsi

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqədə yeniliklər olacaq

11:33, 11.05.18
azerbaycan, iqtisadiyyat
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqədə yeniliklər olacaq

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqənin şərtlərində bəzi yeniliklər nəzərdə tutulub.

Xeberpress.az-ın məlumatına görə, AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu barədə Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən Elməddin Süleymanov məlumat verib.

Müsabiqədə bir sıra yeniliklərin olacağını söyləyən E.Süleymanov bildirib ki, test proqramı və test tapşırıqlarının tərtibində istifadə edilmiş ədəbiyyat siyahısı yenilənib, yığcamlaşdırılıb. Vətəndaşlar yenilənmiş ədəbiyyat siyahısını nazirliyin rəsmi internet saytından əldə edə bilərlər. “İnformatika və məntiq test bloklarının namizədlərin bilik və bacarıqlarının yoxlanılmasında rolunun gözlənilən səviyyədə olmadığını nəzərə alınaraq, həmin bloklar test imtahanından çıxarılıb. Bunların əvəzinə isə test imtahanında namizədlərə Vergi Məcəlləsinin xüsusi hissəsindən və digər aidiyyəti qanunvericilik aktlarından daha çox sualların təqdim edilməsi, həmçinin namizədlərin biliklərinin, tətbiqi bacarıqlarının və analitik təhlil qabiliyyətlərinin yoxlanılması məqsədilə məsələ tipli test tapşırıqlarının sayının artırılması nəzərdə tutulub. Sənəd qəbulunda tətbiq edilən yeniliklərdən biri də tələb olunan ali təhsil ixtisaslarının cari vakant vəzifələrin təyinatı ilə uyğunlaşdırılaraq dəqiqləşdirilməsidir.”

E.Süleymanov onu da əlavə edib ki, gənclərin potensialından və yeniliklərə daha meyilli olmalarından faydalanmaq nəzərdə tutulur. Belə ki, gənc və potensiallı kadrların xidmətə cəlb edilməsi məqsədilə nazirlikdə gənclərlə müvafiq iş aparılır. Bu il aprelin 3-də “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” imzalanıb. Memorandumun əsas müddəalarını vergilər və vergitutma sahələri üzrə təhsil alanların bilik və bacarıqlarının artırılması, təlim-tədris və peşə (kadr) hazırlığı sahələri üzrə qarşılıqlı əməkdaşlıq təşkil edir.

Həmçinin Vergilər Nazirliyinin əməkdaşları SABAH qrupunun bu il məzun olacaq tələbələri ilə görüş keçiriblər. Bundan başqa, nazirliyin nümayəndələri il ərzində ölkədə keçirilən müxtəlif əmək yarmarkalarında və sərgilərdə iştirak edirlər. Həmin tədbirlərdə dövlət vergi orqanlarına işə qəbul qaydaları və prosesi barədə iştirakçılara ətraflı məlumat verilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla