Valyuta məzənnəsi
Xəbər lentİ

"Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı yoxdur"- Putin

17:09, 08.05.18
azerbaycan, dunya
"Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı yoxdur"- Putin

"Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı yoxdur".

Xeberpress.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında çıxış edən prezident Vladimir Putin deyib. O, baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü Dmitri Medvedevin xüsusi təqdimata ehtiyacı olmadığını söyləyib: "Dmtiri Anatoliyeviç son 6 ildə Rusiya hökumətinə rəhbərlik edib. Bildiyiniz kimi, bu dövr çox ağır, çətin dövr olub. Lakin Medvedivin rəhbərlik etdiyi Nazirlər Kabineti Rusiyanın inkişaf perspektivlərini qoruyub saxlamağa nail olub".

Putin deputatlardan Medvedevin baş nazir vəzifəsinə namizədliyinə dəstək vermələrini xahiş edib.

Qeyd edək ki, bu gün Dumanın plenar iclasında Dmitri Medvedevin baş nazir vəzifəsinə təyin olunması məsələsinə baxılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla