Valyuta məzənnəsi
Xəbər lentİ

Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçildi

13:33, 08.05.18
azerbaycan, dunya
Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçildi

Ermənistan müxalifətinin lideri, "Yelk" partiyasının sədri Nikol Paşinyan parlamentin bugünkü iclasında ölkənin yeni baş naziri seçilib.

Xeberpress.az bildirir ki, Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Parlamentdə 59 deputat N.Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar keçirilib. Aprelin 23-də isə S.Sarkisyan vəzifəsindən istefa verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla